“Rusiya Moldovada sabitliyi poza bilər” –NATO baş katibinin müavini

“NATO Dnestryanı bölgədə növbəti təxribatların olacağını gözləyir və hesab edir ki, əsas məqsəd Ukraynaya problem yaratmaqdır”.

Azpost.info xəbər verir ki, NATO baş katibinin müavini Mirça Coane deyib.

Coane əlavə edib ki, Moldovada sabitliyi pozmaq cəhdləri mümkündür: “Hazırda biz Rusiyanın təzyiqi altında olan Moldova və Gürcüstan üçün hərbi risk görmürük. Bununla belə, Moldovada təxribatlar, saxta bayraq əməliyyatları gözləyirik”.

Xatırladaq ki, ötən həftə Dnestryanı bölgədə silsilə terror aktları baş verib. Rusiya ordusunun nümayəndəsi rusdilli əhaliyə qarşı ayrı-seçkilik edildiyini əsas gətirərək bölgəyə getmək planlarını açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.