“Rusiya müdafiə naziri Cənubi Qafqaz ölkələrinə xəbərdarlıq edib” –EKSPERT ŞƏRHİ

“Kreml əvvəlkitək Cənubi Qafqazı arxa baxçası sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyllidir”.
Azpost.info bildirir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu  bildirib.
Onun sözlərinə görə, dünən Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycan əleyhinə açıqlamalar verib, bu gün də Rusiyanın müdafiə naziri Andrey Belousov Azərbaycana və Ermənistana mesaj yollayıb: “Rusiyanın yeni müdafiə naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında deyib ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər”. Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir” deyən Belousov Vaşinqton və Brüsselin Cənubi Qafqazda möhkəmlənməyə çalışdıqlarını bildirib”.
Ekspert deyib ki, əslində Rusiya müdafiə naziri bu açıqlama ilə NATO ölkələrini deyil, Cənubi Qfaqaz ölkələrini xəbərdar edib ki, “Qərbdən uzaq dayanın!”.
“Kreml əvvəlkitək Cənubi Qafqazı arxa baxçası sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyllidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərb ölkələrindən birində imzalanması Bakı və İrəvanın maraqlarına uyğun olmasa da, adı çəkilən sənədin Moskvada imzalanması da tərəflərin maraqlarına cavab vermir. Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq”-deyə eksert vurğulayıb.
E.Şahinoğlu deyib ki, sülh və ya çərçivə sazişinin 3 məkandan birində imzalanmasına isə nə Rusiya, nə də Qərb etiraz edə biləcək: “Sazişin Qazaxıstanda, Gürcüstanda və ya elə sərhəd məntəqəsində imzalanması hamının xeyrinədir”.
Əvvəlki məqalə

Çin İsveçrədəki sülh konfarasında iştirakdan imtina etdi

Sonrakı məqalə

Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbə endirib