“Rusiya müdafiə sahəsində Ermənistanın əsas tərəfdaşı ola bilməz”- PAŞİNYAN

“Rusiya obyektiv və subyektiv səbəblərə görə artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, əvvəllər yuxarıda göstərilən sahələrdə əlaqələrin 95-97 faizi Rusiya ilə olub.

“Biz başa düşməliyik ki, kimlərlə hərbi-texniki və müdafiə sahəsində əlaqələri real şəkildə davam etdirə bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiyanın yaradılmasında heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiyayla idi, indi isə bu, həm obyektiv, həm də subyektiv səbəblərdən ola bilməz”, – Baş nazir bildirib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.