Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı açıqlama yaydı

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində deyilir.

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb”.

Məlumatda deyilir ki, Rusiya sülhməramlı birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin bir karvanını Laçın dəhlizi ilə cənuba doğru müşayiət edib.

Eyni zamanda Mardakert, Martuni, Şuşa rayonlarında və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 1 ha ərazi təmizlənib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2376,9 hektar ərazi, 689,5 km yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 466 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə məlumatda bildirilir.

Əvvəlki məqalə

Rusiya Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərinə raket zərbələri endirib

Sonrakı məqalə

Ankarada Əhməd Cavadın heykəli ucaldılıb