“Rusiya neftindən imtina atom bombasıdır, tab gətirə bilmərik” –Macarıstan XİN rəhbəri

“Rusiya neftinə embarqonu dəstəkləmək üçün Macarıstanın bir sıra şərtləri var”.

Azpost.info xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ölkənin xarici işlər naziri Peter Siyarto deyib.

O qeyd edib ki, dənizdən neft tədarükünə embarqo qoyula bilər. Lakin Rusiya boru kəmərindən nəql məhdudiyyətlərdən azad edilməlidir: “Macarıstan gələcək danışıqlarda bu mövqedən çıxış edəcək”.

Nazir bildirib ki, Budapeşt embarqo tələbi ilə çıxış edənlərdən ölkəsinin gələcəyi və iqtisadiyyatı ilə bağlı təkliflər gözləyir: “Neft embarqosu Macarıstanın enerji təchizatı strukturunun modernləşdirilməsi proqramı tələb edəcək ki, bu da bir neçə milyard avroya başa gələcək”.

Nazirin sözlərinə görə, Rusiya neftindən imtina Macarıstan iqtisadiyyatına böyük ziyan vuracaq və onun sabit enerji təchizatına ciddi təsir göstərəcək: “Bu təklif iqtisadi atom bombasına bərabərdir. Macarıstanda yanacağın qiyməti 55-60 faiz artacaq. Bu, bütün malların qiymətlərinin artmasına səbəb olacaq. Ölkə buna tab gətirməyəcək”.

Siyarto qeyd edib ki, Avropa İttifaqının bu problemin həlli üçün heç bir təklifi yoxdur.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynada sülh və atəşkəs hələlik mümkün deyil” –

Sonrakı məqalə

Doktorantura üzrə xarici dil seçiminə qoyulan məhdudiyyət götürülüb