“Rusiya öz məqsədinə çatanda Ukraynada sülh bərqərar olacaq”- PUTİN

“Xüsusi hərbi əməliyyatın məqsədlərinə çatdıqdan sonra Ukraynada sülh bərqərar olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt zamanı bildirib.

“Rusiya öz məqsədlərinə çatanda Ukraynada sülh olacaq”, – Putin vurğulayıb.

Eyni zamanda, Rusiya lideri bildirib ki, ölkə üçün əsas məsələlər texnologiya və iqtisadiyyat, təhlükəsizlik, müdafiə qabiliyyəti sahəsində suverenliyin möhkəmləndirilməsidir. Bundan başqa, Rusiya vətəndaşlarının hüquqlarının təmin edilməsi prioritet məsələdir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.