Rusiya Prokurorluğu “Facebook”-a cinayət işi açır –“Meta” ekstremist təşkilat kimi tanınacaq

Rusiya Baş Prokurorluğu “Meta” şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

Azpost.info xəbər verir ki, prokurorluq “Meta”nın ekstremist təşkilat kimi tanınmasını və ölkədə fəaliyyətinin qadağan edilməsini istəyir.

Həmçinin Baş Prokurorluq Rusiya İstintaq Komitəsindən “Meta”ya qarşı Cinayət Məcəlləsinin 205.2-ci (“Terrorçuluğun təbliği”) və 282-ci (“Zorakılıq hədəsi ilə nifrət və düşmənçiliyi qızışdırmaq) maddələri üzrə cinayət işi açılmasını tələb edir.

ABŞ şirkəti olan “Meta” bir sıra ölkələrə “Facebook” və “Instaqram”da rus ordusu əleyhinə şüarlar yazmağa icazə verib. Sosial şəbəkələrdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya qarşı ölüm çağırışlarının da silinməyəcəyi bildirilib. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Putinlə Zelenskinin görüşü mümkündür” –

Sonrakı məqalə

Ukraynada daha bir rus generalı öldürülüb –