Rusiya Qəzzaya 60 ton humanitar yardım göndərib

Rusiya Qəzzaya daha 60 ton humanitar yardım göndərib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yardım dolu İl-76 təyyarəsi Qroznıdan Misirə uçub.

Humanitar yük Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək. Onlar yardımı Qəzza zolağına yönləndirəcəklər.

Yükə şəxsi gigiyena vasitələri, qida məhsulları, uşaq qidaları, həmçinin döşəklər və yastıqlar daxildir.

Qəzza sakinlərinə yardımın Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə təşkil edildiyi deyilir.

Azpost.info

Əvvəlki məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Sonrakı məqalə

Rusiya-Finlandiya sərhədinə rekord sayda qaçqın gəlib