“Rusiya Qarabağda atəşkəs və sülhün bərqərar olunmasında konstruktiv rol oynayıb”- MİRZOYAN

Rusiya 2020-ci ildə Qarabağda atəşkəsin əldə olunmasında və sülhün bərqərar olunmasında konstruktiv rol oynayıb.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Moskva İrəvanla Bakı arasında ilk danışıqların təşəbbüskarı olub.

“Rusiya artıq çox konstruktiv rol oynayıb. Rusiya elə bir ölkədir ki, 2020-ci ildə müharibədən sonra sülhü bərqərar edib, sonra atəşkəs imzalaya bilib. Rusiya həmçinin Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirə bildi”, – nazir qeyd edib.

Mirzoyan əlavə edib ki, ABŞ, Aİ və digər tərəfdaşlar sonradan bu rolu öz üzərinə götürüblər. O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün tərəflərə təşəkkür edib.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan Avropaya qaz ixracını 10 faizdən çox artırıb

Sonrakı məqalə

Formula1 ərəfəsində bəzi əsas yollar açılacaq –