“Rusiya Qarabağda qarşıdurmanın qarşısını almaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək” –LAVROV AÇIQLAMA VERDİ

“Rusiya Dağlıq Qarabağda hərbi ssenarinin qarşısını almaq üçün Türkiyə ilə əməkdaşlığını davam etdirəcək”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov “Kommersant”a müsahibəsində deyib. Nazir deyib ki, Moskva və Ankara çevik və praqmatik yanaşma nümayiş etdirən iki yaxın tərəfdaşdır.

Lavrovun sözlərinə görə, bunun əyani subutu rus və türk diplomatlarının, hərbi və xüsusi xidmətinin Suriya və Liviyada işgüzar əməkdaşlığını göstəyrmək olar.

O həmçinin deyib ki, Moskva münaqişənin dayandırmaq üçün özünün regiondakı bütün nufuzundan istifadə edir.

“Dağlıq Qarabağdakı vəziyyət dediyim əvvəlki məsələlərdən prinsipial şəkildə fərqlənir. Təkrar edirəm: Heç vaxt gizlətməmişik – Böhranın güc yolu ilə həllini dsətəkləmirik. Hərbi əməliyyatların tez bir zamanda dayanmasına çalışırıq”.

Davamlı atəşkəsə dərhal nail ola bilməsək də, biz regionda olan bütün nufuzumuzdan istifadə edərək, Türk tərəfdaşlarımızla birgə hərbi ssenarini dayandırmağa, tərəflər arasında dialoq yaradaraq Bakı və Yerevanı danışıqlar stolu arxasında oturmağa inandırmağa çalışacağıq”-deyə Lavrov vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Döyüş əməliyyatları İran ərazilərindən xeyli uzaqlıqda aparılır” –

Sonrakı məqalə

“Ordumuzun “diversiya qrupunun” itki verərək geri çəkilməsi xəbəri növbəti fantaziyadır” –