“Rusiya qaz sənayesini Şərqə yönəldib” –NOVAK

“Rusiya hazırda qaz sənayesinin qlobal diversifikasiyasını yaşayır və inkişaf vektoru şərqə tədarükün artırılmasına yönəlib”.

Azpost.info bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalında deyib.

“Bizim inkişaf vektorumuz əsasən şərqə tədarüklər, dünyanın istənilən nöqtəsinə nəqliyyat vasitəsi ilə çatdırıla bilən mayeləşdirilmiş təbii qazın işlənməsidir. Biz qaz sənayemizin qlobal şaxələndirilməsi prosesindən keçirik”, – deyə Novak vurğulayıb.

Onun sözlərinə görə, əsasən şərqə tədarüklə bağlı Avropada qaz qıtlığı müşahidə olunmağa başlayıb. Avropa ölkələrində də qaz bazarında qlobal transformasiya baş verir. Lakin onların vəziyyətində bunun nəticələrindən biri odur ki, Qərb müəssisələri qaza görə artıq pul ödəyir.

Azpost.info

Əvvəlki məqalə

Putin Qırğızıstan prezidentini təltif etdi

Sonrakı məqalə

“HƏMAS-ın İsrailə hucumundan ABŞ-ın xəbərsiz olması mümkün deyil” –