Rusiya qızılın ölkədən çıxarılmasına qadağa qoymağa hazırlaşır

Rusiya hökuməti fiziki şəxslərin ölkədən qızıl çıxarmasına qadağa qoymaq imkanını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib.

Söhbət vətəndaşların müharibə başlayandan sonra tətbiq edilən vergi güzəştlərindən istifadə edərək banklardan aktiv şəkildə aldığı qızıl külçələrindən gedir.

2022-ci ilin martında Rusiya prezidenti Vladimir Putin fiziki şəxslərə qızılın satışında ƏDV-nin ləğvi haqqında qanun imzalayıb və 2022-ci ilin iyulunda qızıl investorlarını qiymətli metalı mənfəətlə satdıqları təqdirdə şəxsi gəlir vergisini ödəməkdən azad edib.

Nəticədə, Maliyyə Nazirliyinin məlumatına görə, ötən il ruslar rekord 75 ton fiziki qızıl alıblar. Bu, əvvəlki illə müqayisədə 15 dəfə çoxdur.

Azpost.info

 

Əvvəlki məqalə

Çin İsrailin adını onlayn xəritələrdən silib

Sonrakı məqalə

Britaniya Rusiya ordusunun ən yaxşı silahının adını