Rusiya qoşunları döyüş bölgəsində “Starlink”dən istifadə edir?- Maskdan AÇIQLAMA

Amerikalı iş adamı İlon Mask Rusiyanın cəbhədə “Starlink” peyk internet terminallarına sahib olması ilə bağlı xəbərləri təkzib edib.

Azpost.info xəbər verir ki, iş adamı bunu “yalan xəbər” adlandırıb.

“Bir sıra yalan xəbərlər SpaceX-in Rusiyaya “Starlink” terminallarını satdığını iddia edir. Bu, tamamilə yalandır. Heç bir “Starlink” Rusiyaya birbaşa və ya dolayı yolla satılmayıb. Putin mənə ağıllı adam desə də, yenə ona “Starlink” terminallarını vermərəm”, – Mask deyib.

Ukrayna kəşfiyyatı bəyan edib ki, Rusiya qoşunları Ukraynadakı döyüş bölgəsində “Starlink”dən istifadə edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.