Rusiya Qərb dövlətlərinin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, hərbi sənaye kompleksinin fəaliyyətini dəstəkləməyin yollarını tapıb.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“O da bir həqiqətdir ki, ruslar xüsusilə Şimali Koreya, İran və təəssüf ki, Çinlə münasibətlərində çıxış yolları tapıblar . Rusiya dəzgahların 70 faizini Çindən idxal edir və bu, hərbi sənaye kompleksinə gedir”, – Bayden deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi müdafiə sənayesi bazasının fəaliyyətini saxlamağın yollarını tapıb ki, bu da xüsusi hərbi əməliyyatı davam etdirməyə imkan verir.
“Qərb sanksiyaların köməyi ilə Rusiyanın kursunu hər hansı şəkildə dəyişdirə bilibmi” sualına cavab olaraq Blinken məhdudiyyətlərin Rusiya iqtisadiyyatı və ölkənin gələcəyi üçün güclü və artan yükə çevrildiyini bildirib.
Azpost.info