“Rusiya silahdan qat-qat güclü bir şeydən qorxur”- NATO Hərbi Komitəsinin sədri

NATO Ukraynanı Rusiyaya qarşı müharibədə bundan sonra da dəstəkləyəcək. Çünki bu müharibənin nəticəsi dünyanın taleyini müəyyən edəcək.

Azpost.info xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri Robert Bauer bildirib.

Bauerin fikrincə, məlum müharibə Rusiyanın təhlükəsizliyinə Ukraynadan və ya NATO-dan gələcək real təhlükə ilə bağlı deyil: “Bu müharibə onunla bağlıdır ki, Rusiya yer üzündəki hər hansı fiziki silahdan qat-qat güclü bir şeydən – demokratiyadan qorxur. Əgər Ukraynada insanlar demokratik hüquqlara sahib ola bilsələr, o zaman Rusiyada da insanlar tezliklə bunu istəyəcəklər”.

Onun fikrincə, Ukrayna xalqı və ordusu demokratiyanı dünyanın indiyədək görmədiyi şəkildə müdafiə edir: “Müharibənin qaranlığında onlar dünyaya inandığınız şeylər uğrunda mübarizə aparmağın nə demək olduğunu göstərən çıraqdır”.

Bauer qeyd edib ki, NATO təkcə Alyansa üzv ölkələrin əhalisinin fiziki təhlükəsizliyini deyil, həm də onların azadlığını və demokratiyasını qoruyur.

“Gücün tektonik təbəqələri dəyişir və nəticədə biz onilliklərin ən təhlükəli yolu ilə üzləşirik”, – o əlavə edib.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.