Rusiya Suriyadan dayaq nöqtəsi kimi istifadə edir- Pentaqon

Pentaqon hesab edir ki, Rusiya Suriyadan tramplin kimi istifadə edərək Yaxın Şərqdə təsirini artırmağa, həmçinin Afrikadakı mövcudluğunu genişləndirməyə çalışır.

APA-nın məlumatına görə, bu barədə cümə axşamı ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurilla və ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli birgə açıqlama verib.

Generalların bəyanatı ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin saytında dərc olunub.

Əvvəlki məqalə

“ABŞ Moskva ilə əməkdaşlığa hazırdır”

Sonrakı məqalə

“Türkiyə modernləşdirilmiş F-16 qırıcıları almalıdır”