“Rusiya-Ukrayna münaqişəsi Koreya ssenarisi üzrə inkişaf edəcək”- NATO-nun keçmiş baş komandanı

NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis Ukrayna ilə Rusiya arasında münaqişənin Koreya ssenarisi üzrə inkişaf edəcəyini proqnozlaşdırır.

Azpost.info xəbər verir ki, Stavridis bildirib ki, Ukraynadakı müharibə 4-6 ay ərzində başa çata, hərbi əməliyyatlar bitdikdən sonra vəziyyət Koreya müharibəsinin nəticələrinə yaxın ola bilər.

O, tərəflər arasında hərbiləşdirilmiş zona, düşmənçiliyin davam etməsi və dondurulmuş münaqişə ehtimalına işarə edib.

Keçmiş baş komandan Rusiya prezidenti Vladimir Putinin hərbi planlarının o qədər də təsirli olmadığını, yalnız kiçik əraziləri ələ keçirə bildiyini bildirib: “Ukraynalılar çox güclü müqavimət göstərirlər. Lakin aylardır davam edən hərbi münaqişəyə heç kim tab gətirə bilməz”.

Koreya müharibəsi 1950-ci ildən 1953-cü ilə qədər davam etdi və Şimali və Cənubi Koreya arasında atəşkəslə başa çatdı. Rəsmi sülh müqaviləsi imzalanmadı və rəsmi olaraq hər iki ölkə hələ də müharibə şəraitindədir.

Azpost.inifo

Əvvəlki məqalə

“Biz Rusiyanın təhdidlərinə hazır olmalıyıq!”

Sonrakı məqalə

Avropa Komissiyasının sədri Azərbaycana səfərə gəlib