Rusiya Ukraynadan Misirə buğda daşıyan gəmiyə raket zərbəsi endirib

Qara dənizdəki rus qoşunları Misirə gedən Ukraynaya məxsus buğda daşıyan gəmiyə raket zərbəsi endirib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Rusiya Misir üçün göndərilən buğdanın daşındığı yük gəmisinə raket atdı. Xoşbəxtlikdən tələfat olmayıb”, – Zelenski deyib.

O qeyd edib ki, Ukrayna ərzaq təhlükəsizliyinin əsas donorlarından biridir və Afrika və Yaxın Şərqin bir çox ölkəsi onların təchizatından asılıdır.

Zelenski bildirib ki, Kiyev limanları qorumaq və qlobal bazara ərzaq tədarükünü davam etdirmək üçün hər şeyi edəcək.

Azpost.info

Əvvəlki məqalə

Mənzilə silahlı basqın edərək polislərə müqavimətdə təqsirləndirilən şəxs həbs edilib

Sonrakı məqalə

“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs edilib