Rusiya Ukraynanın Çuqev şəhərinə zərbə endirib- FOTO

Rusiya hərbçiləri Ukraynanın Çuqev şəhərinin mərkəzi hissəsinə zərbələr endirib. 7 nəfəri, o cümlədən 14 yaşlı yeniyetməni yaralanıb.

Azpost.info bildirir ki, bu barədə Xarkov vilayətinin regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Qəlpə yaraları alan zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, cəmi iki zərbə endirilib. İlk zərbə nəticəsində doqquz avtomobil yanıb, doqquz və beş mərtəbəli binanın şüşələrinin şüşələri, ikimərtəbəli yaşayış binasının dam örtüyü və pəncərələrinin şüşələri qırılıb. İki mağaza sıradan çıxıb.

İkinci zərbə inzibati binalara, yarımçıq beşmərtəbəli binanın şüşələrinə və fərdi yaşayış evinə ziyan vurub.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.