Rusiya Ukraynanın Qara dənizə çıxışını bağlamaq istəyir –Britaniya kəşfiyyatı

Rusiya qoşunları Qara dənizə çıxışa tam nəzarət etmək üçün Ukraynanın Mariupol, Odessa və Xerson kimi şəhərlərinə hücumlarını davam etdirir.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirilir. “Odessa, Xerson və Mariupol kimi mühüm şəhərlərə hücumların davam etməsi onların Qara dənizə çıxışa tam nəzarət etmək istəklərini göstərir ki, bu da onlara Ukraynanın dəniz yollarına nəzarət imkanı verəcək. Həmçinin Ukrayna iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Kəşfiyyat mənbələrinə görə, Rusiya işğalçı qüvvələrinin quru əməliyyatları Ukraynanın şərqində cəmləşib. Lakin Rusiya ukraynalıları qorxutmaq və ruhdan salmaq üçün bütün ölkə ərazisində raket zərbələri endirməkdə davam edir: “Rusiya məktəblər, xəstəxanalar, yaşayış məntəqələri və nəqliyyat mərkəzləri də daxil olmaqla, qeyri-hərbi hədəfləri bombalanmağa davam edir. Bu, Rusiyanın Ukraynanın qətiyyətini zəiflətmək məqsədilə mülki infrastruktura hücum etməyə hazır olduğunu göstərir”.

Azpost.info

Əvvəlki məqalə

Müharibə başlayandan Belarusdan Ukraynaya 631 raket atılıb

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb –