Rusiya Ukraynanın Sumı şəhərinə ballistik raketlə vurdu –Çoxlu həlak olan və yaralılar var/YENİLNİB

Rusiya Ukraynanın Sumı vilayətinə ballistik raketlərlə zərbə endirib. Mülki əhali arasında çoxlu tələfat var. 

AzPost ildirir ki, məlumata görə. Rusiya Hərbi Hava Qüvvələri şəhərin mərkəzinə hücum etdiyini bildirir. Raketlər insanların mindiyi trolleybusun yanına düşüb.

Şəhər rəhbəri  Vladimir Artyux bildirib ki, zərbə mümkün qədər çox insanı vurmaq üçün mülki şəxsləri hədəf alan iki raketlə həyata keçirilib. Sumıdə artıq 20-dən çox ölü var, – Sumy meri səlahiyyətlərini icra edən Artem Kobzar deyib.

Şəhər xilasetmə əməliyyatları təşkil edir və atışmanın nəticələrini aradan qaldırır.

Prezident Zelenski Sumı şəhərinə zərbələri “dəhştli zərbə” adlandırıb.

“Rus raketləri adi şəhər küçələrini vurur. Adamlar kilsəyə dini bayramı qeyd etməyə gedərkən raket zərbəsinə məruz qalıb. Onlarla adam ölüb vəyaralanıb. Dünya buna qəti reaksiya verməlidir. ABŞ, Avropa, dünyada bu müharibəyə və qətliama son qoymaq istəyən hər kəs…Rusiya məhz belə terrorla müharibəni uzatmaq istəyir.

**

Bu gün Rusiyanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 32 nəfər həlak olub, 99 nəfər yaralanıb. Həlak olanlar arasında iki uşaq da var.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Bu hücum, xristianlar üçün müqəddəs sayılan Palm bazar günü baş verib.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.