Rusiya və Belarus nüvə təlimləri keçirir

Rusiyada Belarusun iştirakı ilə qeyri-strateji nüvə qüvvələrinin hərbi təlimlərinin ikinci mərhələsi başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Təlim zamanı Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi üzrə birgə təlimi məsələləri işlənəcək”, – Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, hərbi təlimlərin məqsədi İttifaq dövlətinin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün hər iki ölkənin qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə bölmələrin hazırlığını saxlamaqdır.

Təlimin birinci mərhələsi mayın 21-də başlayıb. Onlar Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin tapşırığı ilə həyata keçirilir.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, təlimlər Qərb siyasətçilərinin bəyanatları və NATO-nun sabitliyi pozan hərəkətləri kontekstində nəzərdən keçirilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda 26 yaşlı qız itkin düşüb

Sonrakı məqalə

Ceyhun Bayramov Berbokla görüşüb