“Türkiyə, Rusiya və İran Suriya ilə bağlı intensiv məsləhətləşmələr aparır”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Hakan Fidan deyib.
“Suriyada proses başlayanda onlarla danışıqlar apardıq, 2006, 2016, 2015-ci illərin eyni ssenarisini təkrar etməyin mənası yoxdur. Rusiya və İran Bəşər Əsəd rejiminin köməyinə gəldiniz, ona müxalif qüvvələrin hücumunu dəf etməyə kömək etdiniz” , – Fidan bildirib.
Onun sözlərinə görə, Əsədin Suriyanı tərk etməsi ilə Türkiyənin heç bir əlaqəsi yoxdur: “Ruslar özləri bildirdilər ki, bu işi onlar təşkil edib həyata keçiriblər. Bu məsələdə bizim heç bir rolumuz olmayıb”.
Azpost.info