Rusiya Xarkov şəhərinə raket zərbəsi endirib –9 nəfər ölüb, 26 yaralı var

İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.

Bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.

“9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb”, – deyə prokurorluğun məlumatında bildirilir.

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölənlər arasında 39, 68 və 86 yaşlı üç qadın var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.

Əvvəlki məqalə

Qəbələdə 30 yaşlı kişi itkin düşüb

Sonrakı məqalə

Baş DYP İdarəsi qeyri-sabit hava ilə bağlı sürücülərə müraciət edib