Rusiya XİN Azərbaycan Prezident Administrasiyasnın bəyanatını alqışlayıb

Azərbaycan Prezident Administrasiyasnın yüksək vəzifəli nümayəndəsinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı bəyanatını alqışlayırıq.

Bunu Rusiya xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu çox vacib və vaxtında verilmiş siqnaldır.

Zaxarova Rusiyanın Bakı və İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə Rusiya sülhməramlı kontingenti xətti ilə hər cür yardım edəcəyini deyib. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.