Rusiya XİN çexiyalı diplomata etiraz notası təqdim edib

Çexiyanın Moskvadakı müvəqqəti işlər vəkili Jirji Çisteçki Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Diplomata Praqanın “Qoszaqransobstvennost” dövlər müəssisəsinə qarşı sanksiyaları və Rusiya şirkətinin aktivlərinin dondurulması ilə bağlı etiraz notası təqdim edilib.

Çexiyanın xarici işlər naziri Yan Lipavski ölkədə Rusiya dövlət əmlakının dondurulmasının Çexiya qanunlarına uyğun olduğunu bildirib. Onun sözlərinə görə, Praqa cavab sanksiyalarını gözləmir, çünki Moskvada  Çexiyaya məxsus mülkiyyət yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Xalq rəssamı Akif Əsgərov vəfat edib

Sonrakı məqalə

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə yeni direktor təyin edilib