Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı - BƏYANAT

Rusiya Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 13-nə keçən gecə Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə bağlı narahatlığını bildirib.

Azpost.info xəbər verir ki, Rusiya XİN tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb.

“Ermənistanla Azərbaycan arasında bütün mübahisəli problemlər siyasi və diplomatik yollarla, sərhəd məsələləri baxımından isə Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, – bəyanatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ABŞ-a sərf edir”-

Sonrakı məqalə

Dünya şöhrətıli kinorejissor Jan-Lük Qodar vəfat edib