“Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən RİA Novosti-yə bildiriblər.
“Bu cür şayiələr Gürcüstanın müxtəlif müxalifət resursları tərəfindən yayılır. Bunu şərh etməyin mənasını görmürük”, – XİN qeyd edib.
Qeyd edək ki, Gürcüstanın “Mtavari Arkhi” telekanalı məlumatlı mənbələrə istinadən Gürcüstan və Rusiya hökumətlərinin diplomatik münasibətləri bərpa etmək üçün fəal işlədikləri barədə məlumat yayıb.
Azpost.info