Rusiya XİN HƏMAS tərəfindən saxlanılan rusları azad etməyə çağırıb- AÇIQLAMA

Rusiya Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan ruslar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsini tələb edir.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.

“Hazırda yüzdən çox insan əsirlikdədir. Günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanılmasının heç bir əsası yoxdur. Biz Fələstin bölmələrinin əlində olan bütün mülki şəxslərin, ilk növbədə isə soydaşlarımız rufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, – Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, girovların azad edilməsi Rusiya tərəfi üçün prioritet məsələlərdəndir və bu istiqamətdə ardıcıl iş davam etdiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Putin və Prezident İlham Əliyev telefonla danışıb