Rusiya XİN Ermənistanı qınadı: "Qarabağla bağlı fərqli bəyanatlar verirlər"

“Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli bəyanatlar verir. Rusiya Xarici İşlər Nazirliyi İrəvanın mövqeyini qiymətləndirməkdə çətinlik çəkir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında həm Ermənistan tərəfinin münaqişənin həlli üçün Rusiyanın təklifləri əsasında sənəd imzalamağa hazır olduğunu, həm də münaqişənin Qərbin təklif etdiyi kimi – hərtərəfli həllinə üstünlük verdiyini bəyan edib:

“Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətin olur. Sözügedən mətbuat konfransı zamanı Ermənistanın Baş naziri Rusiyanın təklifləri əsasında sənəd imzalamaq niyyətindən, eyni zamanda münaqişənin Qərb tərəfindən irəli sürülən hansısa hərtərəfli həllinə üstünlük verilməsindən danışıb”.

XİN rəsmisi xatırladıb ki, dekabrın 23-də Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Lakin İrəvan rəhbərliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın gəlişini son anda ləğv etdi: “Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair digər aktual məsələlərin, eyni zamanda Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu”.

Azpost.info

Əvvəlki məqalə

Qərbi Azərbaycan İcması müraciət yaydı –

Sonrakı məqalə

Lerikdə qar örtüyünün hündürlüyü 35 sm olub