Rusiya yaxın günlərdə defolt elan edə bilər –"Standard & Poor's"

Rusiya yaxın günlərdə defolt elan edə bilər.

CNN-in  xəbərinə görə, bu barədə “Standard & Poor’s” agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkə xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bu yolu seçəcək. Belə ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəyib, lakin kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər. Agentlik onu da bildirir ki, aprelin 4-dən başlayaraq, borcların ödənilməsi üçün rəsmi Moskvaya 30 gün vaxt verilib.

“Standard & Poor’s (S&P) agentliyinin Rusiyanın xarici valyutada reytinqini “seçimli defolt”a salması üçün heç bir obyektiv səbəb yoxdur”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

“Defolt üçün heç bir obyektiv səbəb yoxdur. Rusiya bütün öhdəliklərini yerinə yetirmək üçün bütün lazımi potensiala malikdir. Opponentlərimizin bu cür qeyri-konstruktiv mövqeyi vəziyyəti çətinləşdirə bilər” – Kremlin sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, reytinq agentliyinin qərarına münasibət bildirmək səlahiyyəti hökumətə məxsusdur. “Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov “İzvestiya”ya müsahibəsində danışıb. Bu, yalnız texniki defolt ola bilər”- mətbuat katibi bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Putin məni dinləməyə bilər, amma Qərbi eşitməyə bilməz” –

Sonrakı məqalə

Ərdoğan Pakistanın yeni Baş nazirini təbrik edib