Rusiyada əmək kitabçaları elektronlaşdırılır

11 Aprel 2020 - 15:08

Rusiya hökuməti əmək fəaliyyəti haqqında məlumatların elektronlaşdırılması barədə haqqında qanun layihəsi hazırlayıb. 

“Report” xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Sənəd yaxın vaxtlarda təsdiq olunmaq üçün Dövlət Dumasına təqdim ediləcək. Qanunun qəbulundan sonra qonşu ölkədə dövlət xidmətlərinə çıxışla bağlı prosedurların sadələşdiriləcəyi, işəgötürənlərin Milli Təqaüd Fonduna işçilərin əmək fəaliyyəti barədə məlumatların tam şəkildə təqdim edəcəyi gözlənilir.