Rusiyanın Volqoqrad şəhərində 17 yaşlı Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
İyunun 12-də Volqoqrad Tibb Universitetinin I kurs tələbəsi Timur Qavrilovun qətlində şübhəli bilinən şəhər sakini 22 yaşlı Vitali Vasilyev Smolensk vilayəti yaxınlığında tutulub.
Cinayəti törətməkdə şübhəli bilinən Vitali Vasilyevin müşahidə kameraları vasitəsi ilə müəyyən olunduğu məlum olub. Cinayət hadisəsinin motivi barədə hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, iyunun 12-də axşam saatlarında Volqoqradın Voroşilov rayonunda Tibb Universitetinin I kurs tələbəsi Timur Qavrilovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Ona 20 bıçaq zərbəsi endirilib.