Rusiyanın Bryansk vilayətində dəmir yolu xətti partladılıb.
Hadisənin naməlum şəxslər tərəfindən edildiyi bildirilib. Hadisə nəticəsində 20 yük vaqonları relsdən çıxıb.
Təxminən 70 vaqonun olduğu qatar Bryanskdan Karaçevə gedirmiş.
Qeyd edək ki, ötən gün Bryansk vilayətində yük qatarı relsin üzərindən keçdikdə partlayış baş verib. Nəticədə qatarın 7 vaqonu relsdən çıxıb. Buna baxmayaraq, qatarın maşinisti və onun köməkçisi ciddi xəsarət almayıb.