“Rusiyada doğum nisbəti ilə bağlı fəlakətli vəziyyət yaranıb”- PESKOV

Rusiyada doğum nisbəti ilə bağlı fəlakətli vəziyyət var.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq və hər il daha az oluruq”, – Peskov bildirib.

Onun sözlərinə görə, bu, ancaq orta doğum səviyyəsini artırmaqla həll edilə bilər.

“İndi bizdə olduqca aşağı səviyyə müşahidə olunur – 1.4. Bunu Avropa ölkələri, Yaponiya və s. ilə müqayisə etmək olar. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, – Peskov qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.