Rusiyada doğum nisbəti ilə bağlı fəlakətli vəziyyət var.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq və hər il daha az oluruq”, – Peskov bildirib.
Onun sözlərinə görə, bu, ancaq orta doğum səviyyəsini artırmaqla həll edilə bilər.
“İndi bizdə olduqca aşağı səviyyə müşahidə olunur – 1.4. Bunu Avropa ölkələri, Yaponiya və s. ilə müqayisə etmək olar. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, – Peskov qeyd edib.
Azpost.info