Moskvanın Tverskoy Məhkəməsi bu gün Facebook və Instagramö ekstremist fəaliyyətə görə Rusiyada qadağan edib.
Bu barədə RİA Novosti məlumat yayıb. Məhkəmə qərarın dərhal icra olunacağını bildirib.
Baş Prokurorluq qaldırdığı iddianı rusları növbəti dəfə hüquqlarının pozulmasından qorumaq istəyi ilə izah edib.
İzah edilib ki, İnstagram Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə saxta məlumatların silinməsi ilə bağlı 4,5 mindən çox müraciətə və icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.
Prokurorların fikrincə, ekstremist məlumatlar həm ayrı-ayrı şəxsləri, həm də bütövlükdə cəmiyyəti təhdid edir.
Baş Prokurorluq vurğulayıb ki, şirkət Rusiya hərbçilərinin öldürülməsi ilə bağlı çağırışlara icazə verməklə öz qaydalarını pozur.
Bununla yanaşı şirkətin serverləindən istifadəyə görə, cəza nəzərdə tutulmur.
Prokuror qeyd edib ki, qərar WhatsApp messencerinə şamil edilmir.