Rusiya KİV-i ABŞ-ın Meta şirkəti və ona məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin loqolarını göstərə bilməz.
Bu barədə “Roskomnadzor” qərar verib.
Qurumun məlumatında deyilir ki, Rusiya KİV-nə Meta şirkəti və ona məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin loqolarını göstərməyə icazə verilmir. Bütün KİV Meta şirkəti barədə xəbər yaydıqda onun Rusiyada qadağan edildiyini göstərməlidir.