Rusiya Daxili İşlər Nazirliyi ilk dəfə olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş iki nəfərin əvvəllər əldə etdiyi Rusiya vətəndaşlığını ləğv edib.
Azpost.info xəbər verir ki, Rusiya pasportları 26 oktyabr 2023-cü ildə qüvvəyə minmiş “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” 28 aprel 2023-cü il tarixli 138-FZ saylı qanuna əsasən müsadirə edilib.
“Hər iki şəxs Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və mövcud qanunvericiliyə uyğun olaraq məhkum edilmişdir. Bundan başqa, bu kişilərlə bağlı Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərarlar qəbul edilib. Onların etibarlı Rusiya pasportları müsadirə edilib”, – məlumatda deyilir.
Azpost.info