Rusiyada kişi 19-cu mərtəbədən yerə düşdü, sağ qaldı –VİDEO

Rusiyada həkimlər 19-cu mərtəbədən yerə düşən kişini xəstəxanadan evə buraxıblar. 

Azpost.info RİA-ya istinadən bildirir ki, Voronejdə çoxmərtəbəli evin 19-cu mərtəbəsindən düşən kişi praktik olaraq heç bir zədə almayıb. Bir həftəlik xəstəxana rejimindən sonra kişi ambulator müalicə üçün evə buraxılıb.

Bindan yıxılan kişinin videogörüntüləri aprelin 3-də telegram kanalında yayılıb. Kadrlarda görünür ki, xilasedicilər avtomobilin baqajından onu necə çıxarırlar. Kişi ayağa qalxaraq Alla Puqaçovanın mahnısını oxuyur.

Voronej xəstəxanasının baş həkimi deyib ki, o heç bir zədə almayıb. Əzilən maşının sahibi polisə şikayət yazıb.

İstintaq müəyyən edib ki, 1982-ci il doğumlu kişi qızla mübahisədən sonra binadan yıxılıb.

 

 

 

Əvvəlki məqalə

Ruslar pullarını xaricə daşıyır

Sonrakı məqalə

Sabah hava necə olacaq?