Rusiyada məktəbdə 13 nəfəri öldürən şəxsin görüntüləri yayıldı –Adı açıqlanıb /VİDEO

Rusiyanın İjevsk şəhərində 88 saylı orta məktəbdə 13 nəfəri öldürən şəxsin kimliyi məlum olub.

Rusiya  İstintaq Komitəsinin verdiyi məlumata görə, cinayəti törədən şəxs Artyom Kazantsev olub.

Onun 34 yaşı var və o, həmin məktəbin məzunudur. Hazırda müstəntiqlər onun evində axtarış aparır, deyə Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi İjevskdə orta məktəbdə 13 nəfəri öldürərək intihar edən cinayətkarın kadrlarını nümayiş etdirib.

RF İstintaq Komitəsinin Telegram kanalında yayılan görüntülərdə cinayətkarın köynəyində nasist svastikasının olduğu görünür.

Rusiya İstintaq Komitəsinin 10 saniyəlik qısa videoçarxında məktəbdəki atışmadan sonra intihar edən silahlının meyiti əks olunub.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Səhiyyə Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub