Rusiyada miqrantların saxta nikahlara girməsi qadağan ediləcək- Yeni qanun gəlir

Rusiyada miqrantların saxta nikahlara girməsi qadağan ediləcək.

Azpost.info xəbər verir ki, bu, parlamentin aşağı palatasının üçüncü və son oxunuşda qəbul etdiyi qanun layihəsindən məlum olur.

Sənəd valideyn hüquqlarına və övladlığa götürməyə də aiddir.

Qanun layihəsi miqrasiya qanunvericiliyinin qondarma nikahlardan istifadənin və qondarma atalığın müəyyən edilməsi hallarının aradan qaldırılması baxımından təkmilləşdirilməsinə yönəlib.

Təşəbbüs xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində miqrasiya statusu almasının qarşısını almaq üçün nəzərdə tutulub. İndi sənədləri nikahdan və ya övladlığa götürdükdən sonra üç ildən tez olmayaraq əldə etmək mümkün olacaq.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə, Azərbaycan, İran və Ermənistan XİN başçıları İstanbulda görüşəcək

Sonrakı məqalə

Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb