Rusiyada prezident seçkilərinin bu tarixdə keçirilməsi təklif edilir

“Federasiya Şurası Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsini təklif edir”.

Azpost.info xəbər verir ki, bunu Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bildirib.

Onun sözlərinə görə, parlamentin yuxarı palatası dekabrın 7-də seçki vaxtının təyin edilməsi haqqında qərara baxacaq.

Klişas sabahkı iclasa Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanın da dəvət ediləcəyini qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.