İranın əczaçılıq şirkəti “CinnaGen” Rusiyada 2-ci tip diabet üçün dərman preparatının klinik sınaqlarına başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Biz başa düşdük ki, bu məhsul Rusiyada çox azdır. Və heç bir siyasi vəziyyətin xəstələrin müalicəvi məhsullara çıxışını məhdudlaşdıra bilməyəcəyinə inanırıq. Bu səbəbdən də bu məhsulu Rusiya bazarına çatdırmaq üçün təcili tədbirlər planı hazırlamışıq”, – “CinnaGen”in qurucusu Haleh Xamedifar deyib.
2022-ci ilə qədər Rusiya bazarında 2-ci tip diabet üçün əsas dərman Danimarka istehsalçısı “Novo Nordisk”in “Ozempik” adlı dərmanı idi. Lakin 2022-ci ilin noyabrında “Novo Nordisk” “Roszdravnadzor”a ölkəyə tədarükün dayandırılması üçün bildiriş göndərdi. Nəticədə, 2023-cü ilin yazında bəzi apteklər bu dərmanı tövsiyə olunan qiymətdən iki-üç dəfə baha satmağa başladılar.
Azpost.info