Rusiya Duması “Təhsil haqqında” qanuna düzəlişləri ikinci və üçüncü oxunuşlarda qəbul edib.
Azpost.info xəbər verir ki, bunu Dumanın sədri Vyaçeslav Volodin bildirib.
Söhbət məktəblilərin mobil telefondan istifadəsinin qadağan edilməsindən, ibtidai və orta məktəblərdə icbari əmək dərslərinin tətbiqindən gedir.
“Dərs zamanı mobil telefondan istifadə etmək qadağandır. Valideynlər və müəllimlər bu normanı dəstəkləməyi xahiş etdilər. Qəbul edilən qərar uşaqlarımızın təhsilinin keyfiyyətini artıracaq”, – Volodin deyib.
Qanun icbari əmək dərsləri ilə bağlı qayda istisna olmaqla, rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
Azpost.info