Rusiyada seçkidə Putinin rəqibləri kim olacaq? –ADLAR

Rusiyada siyasi partiyalar prezident seçkilərində iştirak etmək üçün namizədlərini müəyyən edir.

Azpost.info bildirir ki, “Vedomosti” qəzetinin mənbələrə istinadən yazdığına görə, Rusiya Federasiyası Kommunist Partiyası və “Yeni insanlar” Partiyası artıq namizədlərlə bağlı qərar verib.

Kommunistlər Nikolay Xaritonovun namizədliyini müzakirə edirlər. Nəşrin məlumatına görə, partiyanın üç namizədi var idi – Gennadi Züqanov, Pavel Qrudinin və Nikolay Xaritonov. Sonuncu Uzaq Şərq və Arktikanın inkişafı komitəsinə rəhbərlik edir.

Partiya yekun qərarı dekabrın 23-də keçiriləcək partiya qurultayında verəcək.

“Yeni İnsanlar”ın qurultayı  dekabrın 24-nə təyin edilib. Nəşr ehtimal edir ki, partiyanı seçkilərdə lider Aleksey Neçayev təmsil edəcək.  Vladislav Davankovun və Yakutsk şəhərinin keçmiş meri Sardana Avksentyevanın namizədliyi əvvəllər fəal müzakirə olunub. Lakin Neçayevin namizədliyi ilə razılaşmağa qərar verilib.

Qəzetin yazdığına görə, LDPR öz sədri Leonid Slutskinin namizədliyini irəli sürə bilər. “Ədalətli Rusiya – Həqiqət naminə” partiyası seçkilərdə öz namizədi kimi Putini dəstəklədiyini elan edib.

Bundan əlavə, parlamentdə olmayan “Vətəndaş Təşəbbüsü”ndən keçmiş SPS deputatı Boris Nadejdinin seçkilərdə iştirakı müzakirə olunur.

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Səsvermə üç gün çəkəcək.

Azpost.info

Əvvəlki məqalə

“Soyuqqanlı və səhvsiz oynamalıyıq”

Sonrakı məqalə

Prezidentin Təhlükəsizlik Xidməti şəhid statusu ilə bağlı məlumatları MEİS altsisteminə daxil etməyəcək