Rusiyada spirtli içi içənlərin sayı 2 dəfə azalıb

Rusiyada alkoqol istehlakı 2010-cu illə müqayisədə 2 dəfədən çox azalıb.

Azpost.info bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Serbski adına klinikasının aparıcı əməkdaşı Anna Lobaçeva RİA-ya bildirib.

“Dövlət tərəfindən aparılan anti-alkoqol siyasətinin yüksək effektiv metodları sayəsində alkoqol istehlakını 2 dəfədən çox azaltmaq mümkün olub”, -deyə o, RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2009-cu ildən Rusiyada sağlamlıq mərkəzləri fəal şəkildə inkişaf etməyə başlayıb və sağlam həyat tərzinin təbliği üçün əhali ilə məlumat kampaniyası və genişmiqyaslı işlərə başlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.