Rusiyada vətəndaşların maaşı əsas ehtiyacları ödəmir –Çətinliklə yaşayırlar /SORĞU

Rusiyada vətəndaşların əksəriyyəti maaşdan maaşa qədər çətinliklə yaşayır. Onların demək olar ki, yarısının əsas ehtiyaclarını ödəmək üçün kifayət qədər pulu yoxdur.

Azpost.info RBC-ya istinadən bildirir ki, bunu hh.ru iş axtarışı xidmətinin analitiklərinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Məlum olub ki, iki il ərzində maaşı əsas ehtiyaclarını ödəməyə çatmayanların sayı 2021-ci ildəki 25 faizdən bu il üçün 45 faizə yüksəlib.

Bundan əlavə, respondentlərin 36%-nin maaşları əsas ehtiyacları çətinliklə ödəyir.

Vətəndaşların yalnız 20%-i ehtiyac duyduğu hər şeyi ala bilir. Halbuki 2021-ci ildə bu rəqəm daha yüksək, 36 faiz olub.

Son sorğu həmçinin göstərir ki, maaşlarından narazı olan rusiyalıların 56%-nin hər ay 20 min rublu çatmır. Əksər hallarda Moskva (26%), Tomsk vilayəti (24%), Tatarıstan və Primorsk diyarından (hər biri 23%) respondentlər pul çatışmazlığı barədə məlumat veriblər.

Araşdırma oktyabrın 2-dən oktyabrın 13-dək aparılıb və orada 4934 nəfər iştirak edib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyalı olimpiya çempionu ölkəsini tərk edərək ABŞ-a köçüb

Sonrakı məqalə

Sərhədçilər İranla sərhəddə narkotacirlərlə əlbəyaxa döyüşə girib