Rusiyada vulkan püskürdü, kəndlərə “kül yağışı” yağdı –FOTO

Kamçatkada Şiveluç vulkanı püskürüb, nəticədə yaranan kül buludu 500 kilometr şimal-qərbə doğru yayılıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

“Kül buludu Şiveluçdan 500 kilometr şimal-qərbə doğru uzanır və yayılmağa davam edir. Hazırda Ust-Kamçatski vilayətinin Klyuçi və Kozırevsk kəndlərində kül yağıntıları intensivləşir”, – institutun direktoru Aleksey Ozerov bildirib.

Əvvəlki məqalə

Azərbaycan prezidenti Astana Beynəlxalq Maliyyə Mərkəzində olub

Sonrakı məqalə

Tramp yenə məhkəmədə ifadə verəcək