Rusiya şirkətləri xaricə gedən rusları işə götürə bilməzlər.
Azpost.info xəbər verir ki, bunu Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
“Rusiya hüdudlarından kənarda əmək fəaliyyəti ilə məşğul olmaq üçün bir vətəndaşla əmək müqaviləsi bağlamaq yolverilməzdir”, – nazirliyin nümayəndəsi Dmitri Mılnikov deyib.
O qeyd edib ki, əgər işçi ölkədən kənara gedib orada işləmək niyyətindədirsə, bu barədə işəgötürənə məlumat verməyə borcludur, əks halda əmək müqaviləsini pozmuş olacaq.
Mılnikov vurğulayıb ki, xaricə səyahət vergitutma, o cümlədən vergi rezidentliyini müəyyən etmək üçün vacibdir: “Rusiya təşkilatları üçün xaricdə uzaqdan işləmək üçün fiziki şəxslərlə əməkdaşlıq mülki hüquq münasibətləri çərçivəsində həyata keçirilə bilər. Bu forma podratçı ilə sifarişçi arasında əmək münasibətlərinə girməyən konkret müqavilələri nəzərdə tutur”.
Azpost.info